Another advertisement
Ölkə prezidenti Salome Zurabişvili bu gün 8 məhkumu əfv edib ki, onlardan 2-nin cəza müddəti azaldılıb və penitensiar müəssisədə çəkiləsi azadlıqdan məhrumetmə müddəti qısaldılıb.
QafqazTürk Media xəbər verir ki, bu haqda Prezident Administrasiyası məlumat yayıb.
“Bu gün Gürcüstan prezidenti 8 məhkumu əfv edib. Onlardan 6-sı cəzaçəkmə müəssisəsindəki cəzalarından tam azad olunub, bu şəxslərdən biri qadındır.
Digər 2 məhkumun cəzaçəkmə müəssisəsində çəkəcəkləri qalan cəza müddəti azaldılıb, bunlardan biri də qadındır“, – açıqlamada yazılıb.