Prezident Salome Zurabişviliyə qarşı Konstitusiya Məhkəməsinə təqdim olunacaq impiçment ərizəsini parlament çoxluğunun 80 deputatı imzalayır.
Qafqaztürk.com xəbər verir ki, Parlamentin Prosessual Məsələlər və Reqlament Komitəsi Konstitusiya Məhkəməsinə göndəriləcək təqdimata əlavə olunacaq imzaların həqiqiliyini təsdiqləyib.
“Gürcü arzusu” millət vəkillərinin konstitusiya təqdimatında prezidentin Konstitusiyanın 52-ci maddəsinin 1-ci bəndinin “A” yarımbəndini pozduğu göstərilir ki, bu da öz növbəsində Prezidentin Hökumətin təsdiqi ilə , xarici münasibətlərdə nümayəndəlik səlahiyyətlərini həyata keçirir, digər dövlətlər və beynəlxalq təşkilatlarla danışıqlar aparır, beynəlxalq müqavilələr bağlayır, başqa dövlətlərin və beynəlxalq təşkilatların səfirlərinin və digər diplomatik nümayəndələrinin akkreditasiyasını qəbul edir. Konstitusiyanın eyni bəndinə əsasən, prezident hökumətin təqdimatı ilə səfirləri və diplomatik nümayəndəliklərin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir.
Hakim komandanın Zurabişviliyə qarşı impiçment prosesinin başlamasına əsas prezidentin Salome Zurabişviliyə hökumətin razılıq vermədiyi xarici səfərləri olub.
Sentyabrın 1-də “Gürcü arzusu” partiyasının siyasi şurasının iclasında prezidentin impiçmenti məsələsi qərara alınıb.
Konstitusiya Məhkəməsinə rəy hazırlamaq üçün bir ay müddət verilir.
Məhkəmənin müsbət nəticə verəcəyi təqdirdə prezidentin vəzifədən kənarlaşdırılması üçün 100 deputatın səsi lazımdır ki, bu da “Gürcü arzusu”nun əksəriyyətində yoxdur.