This is a specific ad

Postsovet məkanının ən bahalı futbolçularının siyahısı açıqlanıb

24

Another advertisement

Məşhur “Transfermarkt” portalı postsovet məkanının ən bahalı futbolçularının siyahısını müəyyənləşdirib.

QafqazTürk.com  xəbər verir ki, ilk pillədə İtaliyanın “Napoli” klubunun və Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya (85 milyon avro) qərarlaşıb.

Postsovet məkanının ən bahalı ikinci futbolçusu isə İngiltərə təmsilçisi “Çelsi”nin və Ukrayna millisinin yarımmüdafiəçisi Mixail Mudrikdir. Onun qiyməti 60 milyon avro dəyərləndirilib.

İlk “3-lüy”ü Ukrayna futbolunun əfsanəsi, “Milan”, “Çelsi” kimi top-klublarda çıxış etmiş Andrey Şevçenko (51 milyon avro) qapayır.

Qeyd edək ki, X.Kvaratsxeliyanın və M.Mudrikin dəyəri 2023-cü, A.Şevçenkonun dəyəri isə 2006-cı ilə əsasən müəyyənləşdirilib.

Kateqoriya: İdman
Sonrakı yazı
Milli Ekologiya Agentliyi əhaliyə xəbərdarlıq edir: yağış, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, güclü külək olacağı gözlənilir
Öncəki yazı
Müdafiə naziri İrakli Çikova Azərbaycanda səfərdədir