Another advertisement
Portuqaliya Parlamenti beşinci cəhddə evtanaziya qanununu təsdiqləyib.
QafqazTürk xəbər verir ki, bu barədə “Deutsche Welle” yazır.
Sözügedən qanuna əsasən, sağalmaz xəstəlikləri olan fiziki ağrılardan əziyyət çəkən xəstələr həkimin köməyi ilə öz iradələri əsasında həyatlarına son qoymaq imkanı əldə edəcəklər.
Portuqaliya vətəndaşları və ya Portuqaliyada yaşayan 18 yaşdan yuxarı şəxslər qanundan istifadə etmək hüququna malik olacaqlar. Bununla belə, yuxarıda adı çəkilən qanun evtanaziya məqsədilə başqa ölkələrdən gələn xəstələr üçün nəzərdə tutulmur.