Another advertisement
Portuqaliyada həbsxanaların birindən 5 məhbus qaçıb, onlardan biri gürcüdür. Məhkumlar paytaxt Lissabondan 70 kilometr aralıda yerləşən Valle de Judes ciddi rejimli həbsxanadan qaçıblar.
QafqazTürk Media xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.
Qaçan məhbuslar arasında iki portuqaliyalı, bir argentinalı, həmçinin bir britaniyalı var. Portuqaliya Penitensiar Xidmətinin məlumatına görə, məhbuslar şənbə günü səhər kənardan kömək alaraq divarın üstünə çıxıblar.
Portuqaliyanın Milli Həbsxana Mühafizəçiləri Birliyi qaçan məhbusların son dərəcə təhlükəli olduğunu bildirib. Portuqaliya polisi onları həbs etmək üçün beynəlxalq yardım istəyib.