Another advertisement
Poniçalada din xadimi Vidadi Qurbanova hücum edən bir nəfər polis tərəfindən saxlanılıb.
QafqazTürk.com xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə,əvvəllər də məhkum olunmuş 1991-ci il təvəllüdlü A.A qəsdən sağlamlığa az ağır zərər vurma və hədələmə ittihamı ilə hakimin qərarı əsasında həbs edilib.
Cinayət 4 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“İstintaqla müəyyən edilib ki,1983-cü il təvəllüdlü Vidadi Qurbanov və təqsindirilən şəxs arasında aprelin 21-də yaranan mübahisə fiziki qarşıdurmaya çevrilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 118 və 151-ci maddələri ilə istintaq başladılıb.