“Azərbaycanla Ermənistan arasındakı münasibətlərdəki problemləri yalnız Bakı və İrəvan öz aralarında həll etməlidirlər, kənardan sırınan heç bir sxem kömək etməyəcək”.
QafqazTürk.com xəbər verir ki, bunu Rusiyanın BMT-dəki nümayəndəsi Dmitri Polyanski bildirib.
O, Qarabağdakı ermənilərin hüquqlarının Azərbaycanın hüquq müstəvisində müzakirə edilməli olduğunu vurğulayıb.
“Bu məntiq Azərbaycan və Ermənistan liderləri arasında 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq tərəflər tərəfindən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması haqqında dəfələrlə təsdiqlənmiş son razılaşmalardan irəli gəlir”.
Bundan əlavə, D.Polyanski çıxışında Ağdam-Xankəndi magistralına istinad edərək Qarabağa humanitar yüklərin çatdırılması üçün alternativ marşruta vurğu edib.