Polşanın yeni prezidenti bəlli oldu

74

Polşa Milli Seçki Komissiyası seçki məntəqələrinin 100%-nin nəticələrini dərc edib, ona əsasən Milli Xatirə İnstitutunun direktoru, mühafizəkar Karol Nawroczki Polşada prezident seçkilərində qalib gəlib.

Nəticələrə görə, Navroçki 50,89%, onun rəqibi, baş nazir Donald Tuskun partiyasının namizədi və Varşava meri Rafal Trzaszkowski isə 49,11% səs toplayıb.

Seçkinin ikinci turunda seçici fəallığı 71,6 faiz təşkil edib.

Xatırladaq ki, mayın 18-də keçirilən birinci turda iştirak edən 13 namizəddən heç biri səslərin yarıdan çoxunu toplaya bilmədiyi üçün Polşada prezident seçkilərinin ikinci turu təyin edilib.

Ən yaxşı nəticə göstərən iki namizəd ikinci tura keçib.

Bunlar 31,36% səs toplayan Vətəndaş Platformasından Varşava meri Rafal Trzaszkowski və 29,54% səslə Milli Xatirə İnstitutunun direktoru Karol Navrockidir.

Kateqoriya: Dünya
Sonrakı yazı
İstanbulda Rusiya və Ukrayna arasında baş tutan danışıqlar başa çatıb
Öncəki yazı
Dünyanın ağırlıq mərkəzi bu gün İstanbuldadır