Another advertisement
Polşa Xarici İşlər Nazirini hava limanında Gürcüstanın xarici işlər nazirinin müavini qarşılayıb.
Teimuraz Canjalianın sözlərinə görə, Gürcüstanın xarici prioritetlərinə əsaslanaraq, Polşanın xarici işlər naziri Zbiqnev Raunun səfəri və Polşanın dəstəyi Gürcüstan üçün çox vacibdir.
“Görüşlər zamanı strateji istiqamətlərimiz müzakirə olunacaq, bu da Gürcüstanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasıdır. Biz polşalı həmkarımıza işğal olunmuş ərazimizdəki ağır vəziyyətlə bağlı dolğun məlumat verəcəyik. Ümid edirik ki, daha bir mühüm tərəfdaş ölkə Gürcüstana həm xarici siyasət istiqamətində, həm də Gürcüstanın ərazi bütövlüyü baxımından dəstəyini davam etdirəcək”, – deyə Xarici İşlər nazirinin müavini bildirib.