This is a specific ad

Polşanın Nümayəndə Heyəti Dmanisi bələdiyyəsində olub

259

Another advertisement

Dmanisi bələdiyyəsində, meriyanın iclas zalında bələdiyyə rəhbərləri ilə işgüzar görüş keçirilib.

QafqazTürk Media xəbər verir ki, Polşanın nümayəndə heyəti “Yerli turizm məhsulunun yaradılmasının innovativ modelinin həyata keçirilməsi yolu ilə Dmanisi bələdiyyəsində kənd turizminin inkişafına dəstək” qrant layihəsi çərçivəsində görüşdə olub.

Qeyd edək ki, layihə Polşa Xarici İşlər Nazirliyi “Polska pomoc” tərəfindən maliyyələşdirilir.

Layihənin məqsədi Dmanisi bələdiyyəsində yaşayan fermerlərə yerli məhsul istehsal etməklə aqroturizmi inkişaf etdirməyə kömək etməkdir.

Nümayəndə heyətinə sahə üzrə mütəxəssislərlə yanaşı, Polşanın yerli hakimiyyət orqanlarının nümayəndələri də daxil idi.

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
„ჰეზბოლამ” ისრაელის მიმართულებით 190-მდე რაკეტა გაუშავა – რკინის გუმბათმა თავდასხმა მოიგერია
Öncəki yazı
ავტოსაგზაო შემთხვევა ბორჯომში – რა ხდება ადგილზე