This is a specific ad

Polşalı fermerlər Ukrayna ilə sərhəddə yenidən etiraz aksiyalarına başlayıblar

45

Another advertisement

Polşalı fermerlər Ukrayna ilə sərhəddə iki keçid məntəqəsində etiraz aksiyalarını bərpa ediblər.

QafqazTürk.com xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, fermerlər Ukraynanın kənd təsərrüfatı məhsullarının tədarükünə etiraz edirlər. Medık və Korçova keçid məntəqələrində etiraz aksiyası bərpa olunub. Etirazçılar hər saatda bir yük maşını buraxmağı planlaşdırırlar. Maşınlar və avtobuslar sərbəst keçə bilər.

“Biz daim hökumətlə danışıqları gözləyirik. Yasenkada hakimiyyətlə imzalanmış müqavilələr yerinə yetirilmir”, – deyə etirazın təşkilatçılarından biri Roman Kondruv bildirib.

O əlavə edib ki, fermerlər taxıl üçün əlavə ödənişlərlə bağlı vəd edilmiş sərəncamı gözləyirlər.

Qeyd edək ki, bundan əvvəl fermerlər aprelin 4-də bütün Polşada Seym deputatlarının ofislərini və evlərini bağlamaqla hədələyirdilər. Onlar narazılıqlarının əsas səbəbi kimi hökumətin onların tələblərinə cavab verməməsini göstərirdilər.

Kateqoriya: Dünya
Sonrakı yazı
Prezident ölkəni bürüyən aksiyalara münasibət bildirdi
Öncəki yazı
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir