Another advertisement
Polşada 5 azyaşlı miqrantı qanunsuz olaraq sərhəddən keçirən Gürcüstan vətəndaşı tutulub.
QafqazTürk.com bu barədə Polşanın Bliska nəşrinə əsasən xəbər verir.
Miqrantlar Slovakiyada axtarışda olan Suriya vətəndaşlarıdır.
Nəşrin yazdığı kimi, sərhəd xidmətinin əməkdaşları Tarnovda maşını saxlamağa çalışsalar da, sürücü tabe olmayıb və gizlənməyə çalışsa da, sonda polis tərəfindən həbs edilib.
Onların öz məlumatlarına görə, polis miqrantları Slovakiya tərəfinə təhvil verib, Gürcüstan vətəndaşı isə qanunsuz miqrasiya təşkil etdiyinə görə həbs edilib.