Polşada prezident seçkisinin ikinci turu davam edir. KİV-in məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb və saat 21:00-da bağlanacaq.
Mayın 18-də keçirilən birinci turda iştirak edən 13 namizəddən heç biri səslərin yarıdan çoxunu toplamadığı üçün Polşada prezident seçkilərinin ikinci turu təyin edilib.
Ən yaxşı nəticə göstərən iki namizəd ikinci tura keçib: 31,36% səs toplayan Vətəndaş Platformasından Varşava meri Rafal Trzaszkowski və 29,54% səslə Milli Xatirə İnstitutunun direktoru Karol Navroçki.
İkinci turda ən çox səs toplayan namizəd Polşa prezidenti olacaq.