Another advertisement
Polşada hüquq-mühafizə orqanları 25 yaşlı Gürcüstan vətəndaşını saxlayıb.
QafqazTürk.com xəbər verir ki, o, 2 nəfəri yaralamaqda ittiham edilir.
Polşa mətbuatının məlumatına görə, saxlanılan şəxs iyulun 16-da soyuq silahla iki Polşa vətəndaşını yaralayaraq hadisə yerindən qaçıb, lakin sonradan saxlanılıb.
Məlumata görə, yaralılar xəstəxanaya çatdırılıb.
Girardov Rayon Məhkəməsi prokurorun vəsatəti ilə saxlanılan şəxs barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Saxlanılan şəxs təqsirli bilindiyi halda onu 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.