This is a specific ad

Polşada Gürcüstan vətəndaşı oğurluq faktına görə saxlanılıb

49

Another advertisement

Polşada Gürcüstan vətəndaşı,32 yaşlı kişi oğurluq fakıtna görə saxlanılıb. O, qadının avtomobilindən içərisində 500 min zlot (təxminən 112 min avro) olan çantanı oğurlamaqda ittiham olunur.

QafqazTürk.com xəbər verir ki, hadisə cari ilin martında baş verib, bundan sonra şübhəli vətənə qayıdıb. O, bir neçə gün əvvəl Varşava yaxınlığındakı Mislovits şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Yerli məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Onu 10 ilə qədər həbs gözləyir.

Polis işin təfərrüatlarını da ictimailəşdirir. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, 41 yaşlı qadın bankdan külli miqdarda pul çıxarıb, avtomobillə evə qayıdarkən təkərin partladığını görüb və yoxlamaq üçün avtomobildən enib. Məlum olub ki, kimsə onun iki təkərinə zərər vurub. Avtomobilinə qayıdan zərərçəkmiş çantasında pul olmadığını görüb.

Kateqoriya: Cinayət
Sonrakı yazı
Türkiyəli ekspert: “Azərbaycan Qafqazda daimi sülh üçün çalışır və ədalətli mövqe tutur”
Öncəki yazı
Fransa ilin sonuna qədər hərbi qüvvələrini Nigerdən çıxaracaq