Polşada baş verən yol qəzasında iki Gürcüstan vətəndaşı həlak olub

253

Polşada baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki gürcü mühacir həyatını itirib. Hadisə iki gün əvvəl baş verib.

Polşa mediasının məlumatına görə, həlak olanlar 29 və 35 yaşlı kişilərdir. Onlar Opel markalı minik avtomobili ilə hərəkətdə olublar. Toqquşma avtomagistralda baş verib və zərbə o qədər güclü olub ki, hər iki şəxs hadisə yerindəcə dünyasını dəyişib.

Məlumata əsasən, ölənlərdən birinin ailə üzvləri hazırda Polşadakı Gürcüstan konsulluğu ilə birlikdə cəsədlərin vətənə gətirilməsi üçün lazımi prosedurların həllinə çalışırlar.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Milli Müəllimlər Gününüz Mübarək!
Öncəki yazı
Həftə sonuna olan valyuta məzənnəsi məlumdur