Another advertisement
Polşa polisinin məlumatına görə, təkcə 2024-cü ildə Polşada 1895 gürcüstan vətəndaşı həbs edilib.
Onlardan 136 gürcüstan vətəndaşı məhkəmə qərarı ilə həbsdədir. 2024-cü ilin sonuna kimi göstərilən statistikaya əsasən isə Polşa həbsxanalarında 322 gürcü saxlanılır.
Təkcə ötən il sərhədçilərin qərarı ilə 2589 Gürcüstan vətəndaşı Polşadan çıxarılıb.
Quldurluq, oğurluq, narkotik və silah alveri – bu, Polşanın müxtəlif şəhərlərində gürcüstan vətəndaşlarının saxlanmasına səbəb olan əsas cinayətlərin siyahısıdır.