Another advertisement
Aprelin 26-28-də Polşa xarici işlər naziri Zbiqnev Rau Gürcüstana rəsmi səfər edəcək – bu barədə məlumatı Polşa Xarici İşlər Nazirliyi yayır.
Nazirliyin verdiyi məlumata görə, Zbiqnev Rau Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir İrakli Ğaribaşvili və Xarici İşlər naziri İliya Darçiaşvili ilə görüşəcək.
“Danışıqların əsas mövzuları Gürcüstanın Avropa İttifaqına inteqrasiyası prosesində irəliləyişlər və problemlər, eləcə də Rusiyanın Ukraynaya təcavüzündən sonra regionda təhlükəsizlik məsələləri olacaq”, – Polşa XİN-dən bildirilib