Polşa Rusiyanı hədələyib

130

Polşa Rusiyanı hava məkanını pozmaqla insidentin təkrarlanmasının indikindən daha sərt reaksiyaya səbəb olacağı ilə hədələyib.

Qafqaztürk.com xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Rusiyanı NATO ölkələrinə qarşı növbəti təxribatlardan çəkindirdi.

Estoniyanın çağırışı ilə keçirilən iclasda nazir Rusiyanın üç qırıcı təyyarəsinin təxribatı səbəbindən toplaşdıqlarını xatırladaraq, daha əvvəl RF dronlarının Polşaya daxil olduğu insidenti də yada salıb.

Sonra o, Rusiya hökumətinə “yalnız bir müraciət” ünvanlayıb:

“Heç kim Ukraynanı ələ keçirmək cəhdlərinizi dəstəkləmir və biz qorxudulmayacağıq. Əgər növbəti raket və ya başqa bir obyekt hava məkanımıza daxil olsa, istər qəsdən, istər təsadüfən, və vurulsa, qalıqları NATO ərazisinə düşsə – bura gələrək şikayət etməyin. Siz xəbərdarlıq olundunuz” – deyə Sikorski vurğulayıb.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Tramp: Ukrayna üçün hərəkətə keçməyin vaxtı çatıb
Öncəki yazı
24 sentyabr tarixinə olan valyuta məzənnəsi məlumdur