Another advertisement
Polşa Rusiya və Belarusla sərhədə yaxın Avqustov şəhərində yeni istehkamçı batalyonunu yerləşdirib.
QafqazTürk.com xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Mariuş Blaşak bildirib.
“Bu gün biz Avqustovda yeni hərbi hissə açırıq. Polşanı gözləyən təhlükələrə əsaslanaraq, bura ölkəmiz üçün çox vacib yerdir”, – nazir vurğulayıb.