This is a specific ad

Polşa öz vətəndaşlarını Gürcüstanda etiraz aksiyalarında iştirakdan çəkinməyə çağırıb

51

Another advertisement

Polşanın Gürcüstandakı səfirliyi öz vətəndaşlarını “xarici agentlər” haqqında qanuna qarşı etiraz aksiyalarında iştirakdan çəkinməyə çağırıb.

QafqazTürk.com xəbər verir ki, bununla bağlı səfirlik məlumat yayıb.

“Əcnəbilərin saxlanması halları ilə əlaqədar olaraq, vətəndaşlarımızdan mitinqlərə getməməyi, potensial təhlükəli yerlərdən uzaq durmağı və hüquq-mühafizə orqanlarının göstərişlərinə əməl etməyi xahiş edirik”, – məlumatda bildirilir.

Qeyd edək ki, Gürcüstanın hakim partiyası olan “Gürcü arzusu”nun əksəriyyəti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə üçüncü oxunuşda baxmağı və mayın 14-də keçiriləcək plenar iclasda səsvermə yolu ilə təsdiq etməyi planlaşdırır.

Mayın 14-də plenar iclas siyasi bəyanatlarla başlayacaq. Sessiyanın açılışından əvvəl büronun iclası keçiriləcək və orada qanun layihəsinin gündəliyə salınması barədə qərar qəbul ediləcək. Üçüncü dinləmə yalnız texniki və redaksiya məzmununu araşdırır. Bu zaman qanun layihəsinə parlamentdə baxılması prosesi başa çatacaq və layihə imzalanmaq üçün prezidentə təqdim olunacaq.

Qeyd edək ki , “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müəllifi və təşəbbüskarı “Gürcü arzusu” fraksiyasıdır.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Avropa Komissiyası: Aİ Gürcüstana qarşı sanksiyaları hələ nəzərdən keçirmir
Öncəki yazı
Britaniya səfirliyi Gürcüstan vətəndaşlarına viza verilməsini dayandırıb