This is a specific ad

Polşa istiqamətilə aviabiletlər bahalaşa bilər

278

Another advertisement

Polşa hava təftişi xidmətlərinin tariflərini artıran yeganə ölkədir.

QafqazTürk Media xəbər verir ki bu barədə məlumatı yerli media yayıb.

Məlumatda qeyd edilir ki, yoxlama xidmətinin tarifi indiki tarifdən xeyli yüksək olacaq. Bundan əlavə, aviaşirkətlər xərclərin artmağının biletlərin qiymətində də özünü göstərəcəyini gizlətmirlər. Artan rüsum noyabrda təsdiqlənəcək və 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Rzeczpospolita-nın hesablamalarına görə, yeni tariflər Polşanın hava nəqliyyatında ən böyük paya (33,65%) sahib olan Ryanair üçün xərclərin əhəmiyyətli dərəcədə artması deməkdir.

Məlumat üçün bildirək ki, hazırda Polşaya səyahət həm Tbilisi, həm də Kutaisi hava limanlarından həyata keçirilir, qiymətlərə gəlincə, Tbilisidən gediş haqqı 890 laridən başlayır, Kutaisidən Varşavaya isə nisbətən büdcə baxımından 550 laridən mümkündür.

Kateqoriya: Cəmiyyət, Dünya
Sonrakı yazı
Avtomobil hamilə qadını vurub-Qadının vəziyyəti ağırdır
Öncəki yazı
Marneulidə silahlı insident baş verib-ev gülləbaran edilib