Polşanın Şopen hava limanında iki Gürcüstan vətəndaşı saxlanılıb.
Onlar saxta sənədlərlə ölkəyə daxil olmağa çalışıblar.
24 və 31 yaşlı Gürcüstan vətəndaşları sərhəd nəzarətində saxta iş icazəsi sənədləri təqdim ediblər.
Polşa polisi saxta sənədlərdən istifadə ittihamı ilə iş üzrə araşdırmalara başlayıb.
Media Gürcüstan vətəndaşlarının günahlarını etiraf etdiklərini və həmin gün Polşa-Kutaisi reysi ilə Gürcüstana deportasiya edildiyini yazır.