Polşa da müharibəyə qoşulur?- Rusiya dronları vuruldu

50

Polşanın Jeşuv hava limanı “planlaşdırılmamış hərbi fəaliyyət” səbəbindən 10 sentyabr səhərinə qədər fəaliyyətini dayandırıb.

Ukrayna monitorinq kanallarının məlumatına görə, Polşa hava məkanına bir neçə Rusiya kamikadze dronu daxil olub. Onlardan biri Jeşuv istiqamətində hərəkət edib. Flightradar24 resursunun yaydığı məlumata əsasən, Polşa, Rumıniya və Slovakiyaya məxsus qırıcı təyyarələr, eləcə də uzaqməsafəli kəşfiyyat təyyarəsi havaya qaldırılıb.

Polşa ordusunun əməliyyat komandanlığı bildirib ki, ölkənin hava məkanını pozan dronlar müəyyən edilərək məhv edilib. Baş nazir Donald Tusk isə NATO-nun Baş katibi Mark Rutte ilə əlaqə saxlayaraq hadisə barədə məlumat verib:

“NATO-nun baş katibinə mövcud vəziyyət və hava məkanımızı pozan obyektlərə qarşı gördüyümüz tədbirlər barədə məlumat verdim. Daimi təmasdayıq”, – Tusk qeyd edib.

Jeşuv hava limanı Qərb silahlarının Ukraynaya daşınması üçün əsas nəqliyyat qovşağı sayılır.

Kateqoriya: Dünya
Sonrakı yazı
Qardabanidə yol-nəqliyyat hadisəsi baş verib
Öncəki yazı
10 sentyabr tarixinə olan valyuta məzənnəsi məlumdur