This is a specific ad

Polşa Belarusla sərhədə minlərlə hərbçi yerləşdirəcək

77

Another advertisement

Polşa sərhədçilərə dəstək üçün Belarus sərhədinə 10 minə qədər əlavə əsgər göndərməyi planlaşdırır.

Qafqaztürk.com xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib.

“Sərhəddə təxminən 10 000 əsgər yerləşdiriləcək, onlardan 4 000-i birbaşa sərhədçilərə dəstək göstərəcək, 6 000-i isə ehtiyatda olacaq. Biz ordunu Belarus sərhədinə yaxınlaşdıracağıq ki, təcavüzkar qorxsun və bizə hücum etməyə cəsarət etməsin”, – Blaşak bildirib.

Məlumat üçün bildirək ki, dünən Polşanın daxili işlər nazirinin müavini Maçey Vosik Polşanın Belarus sərhədinə əlavə 2 min əsgər göndərməyi planlaşdırdığını açıqlamışdı.

Kateqoriya: Dünya
Sonrakı yazı
პოლონეთი ბელარუსის საზღვართან დამატებით 10 000-მდე ჯარისკაცის გადაყვანას გეგმავს
Öncəki yazı
Როდემდე შენარჩუნდება ჰაერის მაღალი ტემპერატურა?