This is a specific ad

Polşa Belarusla sərhədə əlavə 500 polis göndərir

65

Another advertisement

QafqazTürk.com xəbər verir ki,Polşa hakimiyyəti Belarusla sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirir. “Vaqner” qrupuna görə sərhədə əlavə 500 polis göndəriləcək. Nazir onu da qeyd edib ki, əlavə qüvvələrə 5000 sərhədçi və 2000 hərbçi cəlb olunacaq.

“Belarusla sərhəddə yaranmış gərgin vəziyyətə görə mən qüvvələri iğtişaş və terrorla mübarizə bölmələrindən 500 nəfərlik polis qüvvəsi ilə gücləndirmək qərarına gəldim”, – Polşanın daxili işlər naziri Mariuş Kaminski “Twitter “hesabında yazıb.

Xatırladırıq ki, Rusiyada baş verən hərbi çevrilişdən sonra “Vaqner” qrupunun lideri Aleksandr Lukaşenkonun təşəbbüsü ilə hərbi birləşmənin üzvləri Belarusdadır.

Kateqoriya: Dünya
Sonrakı yazı
İşğal olunmuş Abxaziya Xarici işlər naziri Şimali Kiprə səfər edib
Öncəki yazı
Serbiyanın keçmiş prezidenti Milan Milutinoviç vəfat edib