Another advertisement
Polşa Avropa İttifaqı Şurasının sədr ölkəsi seçilib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Polşa sədrliyi məlumat yayıb.
Polşa növbəti altı ay ərzində Avropa İttifaqı Şurasına sədrlik edəcək.
Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Polşa Avropa İttifaqının həm şərqdə, həm də cənubda genişlənməsinin tempini və keyfiyyətini təmin edəcək.
Bundan əlavə, Sikorski qeyd edib ki, Polşanın sədrliyi dövründə məqsəd müdafiə infrastrukturunun inkişafı üçün Aİ alətlərindən istifadə etmək olacaq.
Polşa Avropa İttifaqı Şurasına sədrliyi Macarıstandan götürüb.