This is a specific ad

Polis narkotik cinayətinə görə 14 nəfəri həbs edib

313

Another advertisement

Daxili İşlər Nazirliyi narkotik cinayətləri törətməkdə təqsirli bilinən 14 nəfəri, o cümlədən 10 narkotik alverçisini həbs edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi, Patrul Polisi, Tbilisi, Acara və Kaxeti Polis Şöbələrinin əməkdaşları tərəfindən son vaxtlar həyata keçirilmiş əməliyyat və istintaq-əməliyyat tədbirləri nəticəsində narkotiklərlə əlaqəli cinayətlər törətməkdə təqsirli bilinən həm Gürcüstan həm də xarici vətəndaşlar da daxil olmaqla ümumilikdə 14 nəfər, o cümlədən 10-u narkotik vasitələrlə alverçisi həbs edilib.

Daxili işlər orqanları əməkdaşları tərəfindən narkotik maddə ilə təqsirləndirilərək həbs edilmiş şəxslərin şəxsi və yaşayış evlərinə baxış zamanı onların göstərdikləri yerlərdən külli miqdarda müxtəlif növ narkotik vasitələr, o cümlədən “Heroin”, “Tetrahidrokannabinol”, “Metamfetamin”, “Amfetamin”, “Marixuana”, “Metadon”, “Buprenorfin” və “Alpha PVP” çıxarılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışından əldə edilən pullar, yapışqan lentlər və elektrik tərəziləri polis əməkdaşları tərəfindən sübut kimi götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260, 18-260, 19-260 və 273-cü maddələri ilə aparılır və cinayət 20 ilədək və ya ömürlük həbsi nəzərdə tutur.

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
QİM İctimai Birliyinin Gürcüstan Nümayəndəliyinə Leyla Əliyeva təyin edilib
Öncəki yazı
Türkiyədə Gürcüstan vətəndaşı sevgilisi tərəfindən qətlə yetirilib