This is a specific ad

Polis maşını və motosiklet toqquşdu- Ölən var

113

Another advertisement

Prokurorluq Tbilisidə motosiklet sürücüsünün ölümü ilə nəticələnən yol qəzası ilə bağlı araşdırmalara başlayıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə GürcüstanProkurorluğu məlumat yayıb.

Prokurorluqdan verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin avtomobilin, tramvayın, trolleybusun, traktorun təhlükəsizliyi və ya istismarı qaydalarını pozma 276-cı maddəsinin 6-cı hissəsi ilə istintaq başlanıb.

Məlumat üçün bildirək ki, mövcud məlumata görə, patrul heyəti motosiklet sürücüsünü təqib edib, daha sonra yolu bağlayıb, bundan sonra motosiklet sürücüsü ekipajın avtomobili ilə toqquşub. Motosiklet sürücüsü yerindəcə dünyasını dəyişib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Parlament “Amnistiya” layihəsini birinci oxunuşda qəbul edib
Öncəki yazı
Bütün dünyada İT sistemlərinin mühüm problemləri müşahidə olunub – bankların, media orqanlarının və aviaşirkətlərin işində məhdudiyyətlər yaranıb