• 25 Fevral 2025 12:00

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Polis Kaspi Bələdiyyəsində 85 yaşlı qadının qətlində şübhəli bilinən şəxsi həbs edib

ByTürkan Şahverdova

Fev 14, 2025
Another advertisement

Polis Kaspi Bələdiyyəsində 85 yaşlı qadının qətli ilə bağlı bir nəfəri həbs edib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, həyata keçirilən  əməliyyat-istintaq tədbirləri nəticəsində DİN-in Şida Kartli Polis İdarəsinin əməkdaşları tərəfindən qəsdən adam öldürməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü şəxs həbs edilib.

Cinayət 10 ildən 15 ilə qədər həbs cəzasını nəzərdə tutur.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Kaspi bələdiyyəsinin kəndlərindən birində 1940-cı il təvəllüdlü qadının başına küt alətlə xəsarət yetirərək, hadisə yerindən qaçıb.

Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır”, – məlumatda deyilir.