Another advertisement
Acara Hökumət Evi yaxınlığında etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasındafiziki qarşıdurma baş verir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları səkidə qurulmuş çadırı söküb və onu yerindən köçürməyə çalışırlar. Etirazçılar çadırın götürülməsinə icazə vermirlər. Onlar qanun çərçivəsində hərəkət etdiklərini və çadır qurmaq hüququna malik olduqlarını deyirlər.
“Ədalət olmayacaq, sülh olmayacaq”. Aksiya iştirakçıları polis əməkdaşlarına hansı polis əməkdaşının hüquqlarımızı qoruduğunu bizə göstərin” deyir.
Hüquq-mühafizə orqanları aksiya iştirakçılarını ərazidən çadırlarını yığışdırmağa çağırır. Maskalı polislər Konstitusiya Məhkəməsi və Acara Hökumət Evi yaxınlığında səfərbər olunub.