Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları qəsdən adam öldürməyə cəhd ittihamı ilə 2004-cü il təvəllüdlü A.Q.-ni saxlayıblar.
QafqazTürk Media bu barədə DİN məlumat yayıb.
İstintaqın məlumatına əsasən, A.Q. Tbilisidə, Vera parkının yaxınlığında baş vermiş mübahisə zamanı bıçaqla boğaz və qabırğa nahiyəsindən iki nəfərə — 2004-cü il təvəllüdlü Q.V.-yə və 2006-cı il təvəllüdlü S.V.-yə xəsarət yetirib.
Hadisədən sonra A.Q. hadisə yerindən qaçıb, lakin daha sonra polis tərəfindən saxlanılıb. Yaralılar xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi üzrə aparılır, bu isə qəsdən adam öldürməyə cəhd maddəsini nəzərdə tutur.
Təqsirləndirilən şəxsi 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.