This is a specific ad

Podaqra niyə yaranır? – Yeni araşdırmanın təəccüblü cavabları var: Hər şey heç də düşündüyümüz kimi deyilmiş

285

Another advertisement

Podaqra həddindən artıq maye qəbul etmək və ya qeyri-sağlam qidalanma nəticəsində ortaya çıxır.

QafqazTürk Media xəbər verir ki, alimlər podaqranın yaranması səbəblərini araşdırıblar və aparılan yeni tədqiqatlarlarla müəyyən ediblər ki, genetik faktorla yanaşı, artritin inkişafı da çox böyük rol oynayır.

Beynəlxalq alimlər qrupu 2,6 milyon insandan toplanmış genetik məlumatları tədqiq edib. Bu rəqəmə 120 295 podaqra xəstəsi daxildir. Podaqrası olan insanların genetik kodlarını müqayisə edərək, qrup xəstəliklə əlaqəli ola biləcək 377 spesifik DNT bölgəsini tapıblar.

Alimlər bir insanın podaqra xəstəliyinin inkişaf edib-etməyəcəyini müəyyən etməkdə genetikanın mühüm rol oynadığını irəli sürürlər.

“Əvvəllər düşündüyümüz kimi deyil… Podaqra genetik əsası olan və fərdin günahı olmayan xroniki xəstəlikdir. Buna görə də onun pəhrizlə aradan qaldırıla biləcəyi bir əfsanədir”, – Yeni Zelandiya Universitetindən epidemioloq Toni Merriman bildirib.

Qeyd etmək lazımdır ki, qanda yüksək səviyyədə sidik turşusu olduqda podaqra daha sürətli böyüyür – bu amil oynaqlarda kəskin kristal iynələr əmələ gətirir. Daha sonra bədənin immun sistemi bu kristallara hücum etməyə başlayır ki, bu da şiddətli ağrı və narahatlığa səbəb olur.
Alimlər hesab edirlər ki, podaqranın müalicəsi üçün əvvəllər yayılmış (cərrahi olmayan) üsullar ümumiyyətlə təsirli olmaya bilər. Onlar ümid edirlər ki, araşdırmalar nəticəsində effektiv müalicə metodu hazırlaya biləcəklər.

Sonrakı yazı
Gürcüstandan sığınacaq istəyən əcnəbilərin sayı artıb-SİYAHI
Öncəki yazı
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür