PKK-nın təşkilatın ləğvini elan etməsinə siyasətçilərdən şərh

20

Abdullah Öcalanın çağırışı ilə mayın 5-7-də qurultayını toplayan PKK-nın təşkilatın ləğv olunduğunu elan etməsindən sonra siyasətçilərdən bir-birinin ardınca dəstək mesajları gəldi.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı “Bu gün qazanan sülh və qardaşlıqdır. Bu gün qazanan siyasət və demokratiyadır”,- deyib.

Baxçalı verdiyi yazılı açıqlamada prezident Rəcəb Tayyib Ərdoğan və “PKK-nın qurucu lideri” adlandırdığı Abdullah Öcalana, həmçinin təmas və görüşləri  həyata keçirən DEM Partiyasına və heyətə təşəkkür edib.

Baxçalı mesajında ​​bildirib ki, Suriyada silahların yerə qoyulması, yaraqlıların gələcəyi, PKK-YPG münasibətləri kimi məsələlərin hüquqi və strateji çərçivəsinin necə müəyyən ediləcəyi ayrı-ayrılıqda müzakirə edilməlidir.

Xarici işlər naziri Hakan Fidan da belə deyib: “Tarixi və önəmli bir qərardır. Xüsusilə daimi sülh və sabitlik baxımından bu qərarı son dərəcə əhəmiyyətli hesab edirəm. Bu qərarın qəbulundan sonra atılmalı olan praktiki addımlar var, bunları yaxından izləyəcəyik.”

Kateqoriya: Dünya, Gündəm, Region
Sonrakı yazı
Milli birliyin təntənəsi!
Öncəki yazı
Tarixi dəyişdirəcək qərar: Terror təşkilatı PKK ləğv edildiyini açıqladı