This is a specific ad

PKK-nı maliyyələşdirən şəxs həbs edildi

39

Another advertisement

İsveçdə ilk dəfə olaraq PKK-nı maliyyələşdirməkdə ittiham olunan şəxsə həbs cəzası verilib.

QafqazTürk.com xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Bildirilib ki, İsveçdə PKK terror təşkilatına dəstək olan və təşkilata maliyyə dəstəyi göstərən şəxs saxlanılıb. Stokholm məhkəməsi 4 il 6 ay həbs cəzası alan adı açıqlanmayan şəxsin deportasiya edilməsini istəyib. Hakim Mans Wigen bildirib ki, məhkəmə bu şəxsi terroru maliyyələşdirdiyinə görə məhkum edir. Wigen həmçinin bildirib ki, İsveçin NATO-ya üzvlük müraciətinin məhkəmənin qərarı ilə heç bir əlaqəsi yoxdur.

Kateqoriya: Dünya
Sonrakı yazı
Nikol Paşinyan Gürcüstanda səfərdədir
Öncəki yazı
Rusiya Finlandiyanın 9 diplomatını ölkədən çıxarır