This is a specific ad

Piylənmə ilə keçəllik arasında əlaqə aşkar edildi

28

Another advertisement

Hindistanın Dehli şəhərindəki “Skin Decor” klinikasının baş dermatoloqu və direktoru Monika Çahar piylənmə və keçəllik arasında əlaqəni aşkar edib.

QafqazTürk.com xəbər verir ki, o, artıq çəkinin hormonal balanssızlığa, xüsusən də androgenlərin istehsalını artırdığını bildirib.

Bundan əlavə, onların artan səviyyəsinin kövrəkliyin və saç tökülməsinin əmələ gəlməsini təhrik etdiyini deyib.

Çahar bildirib ki, artıq çəki olan qadınlarda insulin müqaviməti yaranır və bu da polikistik yumurtalıqların inkişafına səbəb ola bilər. Bu xəstəlik keçəlliyin artmasına səbəb olan amillərdən biridir.

Mütəxəssis bu problemlərin qarşısını almaq üçün ilk növbədə meyvə, tərəvəz və yağsız ətdən ibarət qida rasionunuzu tənzimləməyi məsləhət görüb. Bundan əlavə, menyuda A, C və E vitaminləri, həmçinin biotin, sink və dəmirlə zəngin qidalar üstünlük təşkil etməlidir. Həki həmçinin stresdən uzaq durmağı, idmanla məşğul olmağı və saç qulluğuna baş masajını da daxil etməyi təklif edib.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Ərdoğan: Rekord səs çoxluğu ilə qalib gələcəyik
Öncəki yazı
Rəcəb Tayyib Ərdoğan: “Əsas rəqibimiz CHP sədri deyil”