Piter Stano: Ümid edirik ki, Gürcüstan hökuməti ilə mükəmməl əməkdaşlığı yeniləmək mümkün olacaq

17

Another advertisement

“Hazırki mərhələdə bizim Gürcüstanda bu ölkəyə müdaxilə edən və dezinformasiyanın qarşısını almaq üzərində işləyəcək missiyamız yoxdur, çünki təəssüf ki, dezinformasiya rəsmi şəxslərdən, hökumət üzvlərindən gəlir”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Siyasət Departamentinin sözçüsü Piter Stano bildirib.

Stanonun sözlərinə görə, o, Gürcüstan hökuməti ilə mükəmməl əməkdaşlığın bərpasının mümkün olacağına ümid edir.

Bizim Gürcüstana dəstəyimiz  çoxşaxəlidir. Gürcüstandakı tərəfdaşlarımız və Gürcüstan hökuməti ilə müxtəlif məsələlərdə çox intensiv işləyirdik, təbii ki, rəsmilər Aİ əleyhinə dezinformasiyadan istifadə etməyə başlayanadək. Bundan sonra, Gürcüstanla münasibətlər fərqli forma aldı və bu, bu il keçirilən Xarici İşlər Nazirləri Şurasında, eləcə də Avropa İttifaqı liderləri səviyyəsində bir neçə dəfə müzakirə olundu.

Biz başqa missiyadan istifadə edərək Gürcüstana dəstəyimizi davam etdiririk, mən separatçı regionlardakı vəziyyət ətrafında işləyən monitorinq missiyasını, Cənubi Osetiya və Abxaziyanı nəzərdə tuturam. Ümid edirik ki, planlaşdırılan seçkilər azad, ədalətli, beynəlxalq və Avropa standartlarına uyğun keçirilərsə, Gürcüstan hökuməti ilə mükəmməl əməkdaşlığı bərpa etmək mümkün olacaq”,deyə Piter Stano bildirib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Hökumət seçkilərdən bir gün əvvəli qeyri-iş günü elan edib
Öncəki yazı
Qanazlığını bu qidalarla aradan qaldırın