This is a specific ad

Piter Siyyarto: ABŞ-ın Macarıstandakı səfiri müharibə təbliğatı ilə məşğuldur

26

Another advertisement

“ABŞ-ın Macarıstandakı səfiri müharibə təbliğatı ilə məşğuldur.”

QafqazTürk xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Piter Siyyarto bəyanat yayıb.

“ABŞ-ın Macarıstandakı səfiri Devid Pressman müharibə təbliğatı ilə məşğuldur, Macarıstan isə sülh istəyir. Biz başa düşürük ki, amerikalılar bizi müharibə təbliğatına, müharibə düşərgəsinə doğru sövq edir, lakin biz sülh düşərgəsinə aidik”, – Piter Siyyarto bildirib.

Xatırladaq kı, bundan əvvəl ABŞ-ın Macarıstandakı səfiri Devid Pressman “Frans Pres” nəşrinə müsahibəsində Budapeştin Ukraynadakı müharibənin səbəbləri barədə susmasını tənqid edib.

“Macarıstanda təəssüflər olsun ki, Vladimir Putinin aqressiv müharibəsində minlərlə insanın həlak olduğu, qonşuluqda əsl müharibə olduğu halda saxta mədəniyyət müharibəsindən danışmağa üstünlük verirlər. Məsələ solçuluqda deyil, məsələ Rusiyadır “, – deyə Devid Pressman bildirib.

Sonrakı yazı
Rustavidə ər arvadını döyüb
Öncəki yazı
WhatsApp da daha bir yenilik