Quriyada pis hava şəraiti və güclü qar səbəbindən bir neçə qatar reysi təxirə salınır.
Bu barədə Gürcüstan Dəmir Yolları məlumat yayıb.
Aşağıdakı reyslər ləğv edilib:
24 fevral – Ozurqeti-Tbilisi;
24 fevral – Batumi-Ozurqeti;
24 fevral – Rioni-Kutaisi-Rioni;
“Xatırlatmaq istərdik ki, Kutaisiyə gedən sərnişinlər Ozurqeti istiqamətində hərəkət edən qatarla Rioni stansiyasına gedirlər. Rioni Stansiyasından Kutaisi 1 Stansiyasına qədər şəhərətrafı qatarlar işləyir, onların cədvəli Tbilisi-Ozurqeti-Tbilisi qatarlarının cədvəlinə uyğunlaşdırılıb.
Müvafiq olaraq, fevralın 24-də Ozurqeti-Tbilisi sərnişin reysinin ləğvi nəticəsində Rioni-Kutaisi-Rioni elektrik qatarı da ləğv ediləcək. Gürcüstan Dəmir Yolları yaranmış narahatlığa görə üzr istəyir. Sərnişinlərə biletlərin pulu tam ödəniləcək”, – məlumatda deyilir.