• 24 Fevral 2025 10:25

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Pilot uçuş zamanı huşunu itirib, təyyarə təcili eniş edib

ByTürkan Şahverdova

Fev 10, 2025
Another advertisement

Misirdən Mançesterə uçan easyJet təyyarəsi pilotlardan birinin uçuş zamanı huşunu itirməsi və təcili tibbi yardım tələb etməsi səbəbindən Afinada təcili eniş etmək məcburiyyətində qalıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı DailyMail yayıb.

KİV-in məlumatına görə, stüardessalar sərnişinlərdən kiminsə tibbi yardımı olub-olmadığını soruşub, bundan sonra üç sərnişin onlara kömək edib. Bundan sonra sərnişinlər huşunu itirən pilotun tibbi yardıma ehtiyacı olduğunu öyrəniblər.

Bundan sonra təyyarənin ekipajı sərnişinlərə təcili eniş etməyin zəruri olduğunu bildirib.

KİV-in məlumatına görə, təyyarə yalnız bir pilotla təcili eniş edib, bundan sonra həkimlər göyərtəyə gələrək, özünü pis hiss edən pilota ilkin tibbi yardım göstəriblər.

Sərnişinlər bir gecəni Afina hava limanında keçirməli olacaqlar, bundan sonra başqa reyslə Mançesterə uçacaqlar.

Hadisənin digər təfərrüatları hələlik məlum deyil.