This is a specific ad

Pentaqonun Gürcüstanla bağlı qərarına siyasilərin münasibəti

51

Another advertisement

Gürcüstan hökuməti “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etdikdən sonra sanksiya kimi Pentaqon bəyanat yayaraq, Gürcüstanla münasibətlərə hərtərəfli yenidən baxıldığını və bu çərçivədə “Layiqli tərəfdaş” təlimini qeyri-müəyyən müddətə təxirə salındığına dair açıqlama verdi.

Qafqaztürk.com xəbər verir ki, Pentaqonun bu addımına  nə iqtidar nə də müxalifət nümayəndələri səssiz qalmadılar.

Gürcü Arzusunun baş katibi Kaxa Kaladzenin qeyd etdiyinə görə, “Layiqli tərəfdaş 2024” təliminin təxirə salınması açıq-aydın pisdir. Biz dəfələrlə Gürcüstan hökumətinin əməkdaşlığa və dostluğa hazır olması ilə bağlı bəyanat vermişik, bu, qarşılıqlı olmalıdır, birtərəfli ola bilməz və biz qeyd olunan münasibətlərin daha da dərinləşməsini gözləyirik.

“İlk öncə bildirim ki, Gürcüstanın kursunun dəyişdiyinə dair heç bir arqument yoxdur. Biz dəfələrlə bəyanat vermişik ki, siz Gürcüstan hökumətinin qeyri-demokratik və qeyri-avropalı addımlar atdığını görməyəcəksiniz və bununla bağlı heç bir misal gətirə bilməyəcəksiniz. 2012-ci ildən biz Avropaya inteqrasiya yolunda nəzərəçarpacaq irəliləyiş əldə etmişik.

Biz dəfələrlə bəyanat vermişik ki, Gürcüstan kiminsə vassalı ola bilməz. Gürcüstan müstəqil, suveren dövlətdir. Bunun üçün əcdadlarımız döyüşüb, qan töküblər. Heç kəsə hüquq və imkan verilməyəcək ki, Gürcüstan hökumətinə kimsə nə isə sifariş versin.  Müvafiq olaraq, münasibətləri dərinləşdirmək, yenidən qurmaq və əməkdaşlığı həmişəki kimi davam etdirmək vacibdir.”

Lelo partiyasının lideri Mamuka Xazaradze isə hesab edir ki, “Layiqli tərəfdaş 2024” çoxmillətli təliminin qeyri-müəyyən müddətə təxirə salınması hökumətin Gürcüstanın təhlükəsizliyi və gələcək sabitliyi üçün fəlakətli nəticələr gətirəcək siyasətinin nəticəsidir.

“Bu, təhlükəsizliyimiz, ordumuz, gələcək sabitlik üçün fəlakətli qərardır. Bu, Gürcü arzusunun Rusiya siyasəti ilə Gürcüstana gətirdiklərinin nəticəsidir. 33 ildir ki, strateji tərəfdaşlarımız, indiki halda ABŞ, əsgərlərimiz, zabit korpusumuz beynəlxalq standartlar səviyyəsinə yüksəldiyi zaman, bütün sahələrdə, xüsusən təhlükəsizlik və müdafiə sahələrində bizə köməklik göstərir. Bu qərar tərəfdaşlarımızın gələcəkdə Rusiya siyasətini Gürcüstanda təmsil edən “Gürcü arzusu”nun heç bir layihəsini davam etdirmək fikrində olmadıqlarının işarəsidir”, – Xazaradze bildirib.

Gürcüstanın Müdafiə Nazirliyi ABŞ tərəfindən verilən bu addımla bağlı bəyanat yayaraq bu qərarın təəssüf doğurduğunu qeyd edib.

Nazirlikdən bildirilir ki, ABŞ-ın qərarı təəssüf doğurur. Pentaqon ilə Gürcüstan Müdafiə Nazirliyi arasında müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı faydalı əməkdaşlıq formatları mövcuddur. Təlim təxirə salınmasına baxmayaraq, “Güclü Ruh 2025” çoxmillətli təliminə hazırlıq davam edir.

Qeyd edək ki, Gürcüstanda “Layiqli tərəfdaş” təlimlərinin ilkin olaraq 2024-cü il iyulun 25-dən avqustun 6-dək keçirilməsi planlaşdırılırdı.

 

Kateqoriya: Siyasət
Sonrakı yazı
Kürtlər kəndində daxili yolların asfaltlanması layihəsi həyata keçirilir
Öncəki yazı
Srebrenitsa soyqırımı