This is a specific ad

Pentaqonun altını üstünə çevirən işçisi İsrailin İrana hücumu ilə bağlı çox məxfi məlumatları qəsdən sızdırmaqda şübhəli bilinir

258

Another advertisement

Yazıma başlamadan öncə qeyd edim ki, bir dəfə məxfi məlumatlara çıxışı olan Çin əsilli işçinin Çin agenti olduğu ortaya çıxarkən Pentaqon müəyyən addımlar atmışdı və indi hər şey yenidən baş verir…

Bir neçə gün əvvəl isə Pentaqonun “tam məxfi” hazırlanmış 15-16 oktyabr tarixli sənədləri internetdə yayılıb. Sənəddə isə İsrailin İranın strateji obyektlərinə birgə kütləvi hava hücumu həyata keçirməyə məxfi hazırlıqlarını göstərilir…

ABŞ Vizual və Coğrafi Kəşfiyyat (NGA) və ABŞ Milli Təhlükəsizlik Agentlikləri (NSA) tərəfindən çəkilən peyk kəşfiyyatı texnikaları vasitəsilə əldə edilən əməliyyat məlumatı İsrail aviabazalarında son iki həftə ərzində aparılan gizli hazırlıqları yaxşıca göstərdi…

Müvafiq olaraq, bu cür çox məxfi məlumatların internetə sızması ilk baxışdan İsrailin gizli hazırlıqlarını suya düşürüb, ancaq İranın dəyirmanına su töküb…

Bununla belə, başqa bir fikir ortaya çıxır. Prezident Bayden administrasiyası ABŞ-da prezident seçkilərinin keçiriləcəyi noyabrın 5-dən əvvəl İsrailin İranın strateji və xüsusilə də nüvə obyektlərinə ciddi raket zərbələri endirməsinin heç bir tərəfdarı olmasa da bunu açıq şəkildə də demir,çünki Yəhudi əsilli namizəd Kamala Harrisin səslərinin itməsini istəmir.

Öz növbəsində İsrailin baş naziri Benyamin Netanyahu İsrail hökumətinin İrana mümkün qədər sərt zərbələr endirmək istəyini açıq şəkildə dəstəkləyən keçmiş prezident Trampı ABŞ-ın yeni prezidenti kimi görmək istədiyini artıq gizlətmir.

Ona görə də İsrail bu əməliyyatı təxirə salsın deyə prezident Bayden administrasiyası İsrailin İrana raket hücumu ilə bağlı gizli hazırlıqlarının təfərrüatlarını internetə sızdırmaqda deyəsən maraqlı görünüb.

Dünən Pentaqondan bu çox məxfi məlumatı sızdırmaqda şübhəli bilinən konkret yüksək vəzifəli məmurun kimliyi məlum olub. ..

Oktyabrın 22-də Sky News-un ərəb redaksiyasında sensasiyalı xəbər yayıldı ki, qeyd olunan məlumatları və “tam məxfi” peyk fotolarını sızdıran şəxsin Pentaqonun rəhbəri ABŞ müdafiə naziri Lloyd Ostinin ofis rəhbəri köməkçisi, uzun müddətdir Pentaqonda işləyən, “tam məxvi” deyilən sənədlərə çıxışı olan İran əsilli qadın Ariane Tabatai olduğu bildirilir.

Pentaqon hələ ki, rəsmi olaraq yüksək vəzifəli əməkdaşını sirri sızdırmaqda ittiham etməyib, lakin məntiqlə düşünmək mümkündür ki, bu Pentaqon əməkdaşı İsrailin onun vətəninə nə edəcəyini bu sənədlərdə gördükdə onda vətənpərvərlik ruhu yaranıb və bu addımı atıb.

İran əsilli Pentaqonun yüksək rütbəli məmuru Ariyan Tabatainin İsrailin İrana hava zərbələri endirməyə necə hazırlaşdığına dair çox məxfi kəşfiyyat məlumatlarını sızdırdığı təsdiq olunsa , o, Pentaqondan qovulacaq və hətta həbs oluna bilər, ancaq İranda öz tarixi vətənində onun bu addımı alqışlanacaq və bir qəhrəman hesab ediləcək…

Şəkildə ABŞ kəşfiyyat peyki tərəfindən çəkilmiş İsrailin Ramon Hava Bazasının fotoşəkili, İsrailin gizli döyüş pilotsuz təyyarələri üçün anbarlar…

Kateqoriya: Cinayət, Dünya, Siyasət
Sonrakı yazı
ფულის გამოძალვაში დახმარების ფაქტზე, პოლიციამ მარნეულში 2 პირი დააკავა
Öncəki yazı
Putin – 30-dan çox ölkə bu və ya digər formada “BRİKS”lə əlaqələri gücləndirmək arzusundadır”