This is a specific ad

Pentaqon Kursk vilayətində baş verən hadisələrə münasibət bildirib

156

Another advertisement

Pentaqon Ukrayna qoşunlarının Rusiya Federasiyasının Kursk vilayətində əməliyyatını eskalasiya təhlükəsi hesab etmir.

QafqazTürk media xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

Sabrina Sinq Rusiyanın bu hücumla bağlı ABŞ da daxil olmaqla, gərginliyi artıracağından narahat olub-olmaması ilə bağlı suala cavab verib.

“Biz bunu heç bir şəkildə eskalasiya hesab etmirik. Ukrayna döyüş meydanında uğur qazanmaq üçün nə lazımdırsa, edir. Ukrayna öz suveren ərazisini geri qaytarmaq üçün hər şeyi edəcək”, – Pentaqonun katibinin müavini bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Ukraynaya ehtiyac duyduğu imkanlar və sistemlərlə dəstək verməyə davam edəcək.

Sonrakı yazı
ბენიამინ ნეთანიაჰუს ოფისში აცხადებენ, რომ ისრაელის დელეგაცია 15 აგვისტოს ცეცხლის შეწყვეტის შეთანხმების შესახებ მოლაპარაკებებს დაესწრება
Öncəki yazı
Rusiyanın Lipetsk vilayətində hərbi aerodrom yanır