This is a specific ad

“Pegasus” aviaşirkəti Kutaisi hava limanında fəaliyyətə başlayır

66

Another advertisement

Dekabrın 22-dən Türkiyənin “Pegasus” aviaşirkəti Kutaisi Beynəlxalq Hava Limanında fəaliyyətə başlayacaq.

QafqazTürk.com xəbər verir ki,bu barədə məlumatı Gürcüstan Hava Limanları İttifaqının mətbuat xidməti yayıb.

Gürcüstan Hava Limanları İttifaqının baş direktoru İrakli Karkaşadzenin sözlərinə görə, aviaşirkətlə hələ pandemiyadan əvvəl başlayan uzun və çətin danışıqların yekun mərhələsi uğurla başa çatıb.

Bildirilir ki,“Pegasus” aviaşirkəti dekabrın sonundan etibarən həftədə üç dəfə Kutaisi Beynəlxalq Hava Limanına İstanbul istiqamətində uçuşlar həyata keçirəcək. Yekun qərarı İstanbulda “Routes World” aviasiya forumu çərçivəsində aparılan danışıqlardan sonra “Pegasus” aviaşirkəti verib.

Qeyd edək ki,Türkiyənin “Pegasus” aviaşirkəti 1990-cı ildən bazarda fəaliyyət göstərir və hazırda 50 ölkədə 130 istiqamətə uçuşlar həyata keçirir. “Pegasus” illərdir Tbilisi və Batumi beynəlxalq hava limanlarından uğurla uçuşlar həyata keçirir.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Gürcüstanda saxlanılan İŞİD üzvləri Azərbaycan və Gürcüstan vətəndaşlarıdır
Öncəki yazı
İslandiyada lava təhlükəsi səbəbindən şəhər təxliyə edilir