Another advertisement
İspaniyanın baş naziri Pedro Sançez bazar ertəsi Ukraynaya gedəcək.
Sançez bu barədə X sosial platformasında bildirib.
Onun sözlərinə görə, səfəri zamanı o, İspaniyanın Ukraynaya və prezident Vladimir Zelenskiyə dəstəyini bir daha təsdiq edəcək.
“Mən İspaniyanın Ukrayna demokratiyasına və prezident Vladimir Zelenskiyə dəstəyini bir daha təsdiqləmək üçün bazar ertəsi Kiyevdə olacağam”, – Sançez yazıb.