This is a specific ad

Paytaxtın əsas yolkası bu tarixdə işıqlandırılacaq

44

Another advertisement

Paytaxt meri Kaxa Kaladzenin sözlərinə görə, paytaxtın əsas yolkası şənbə günü, dekabrın 14-də işıqlandırılacaq.

QafqazTürk Media xəbər verir ki, Kaxa Kaladze bildirib ki, şənbə günü bütün şəhərdə bayram işıqları növbəli şəkildə yandırılacaq.

“Bildiyiniz kimi, paytaxtda bayrama hazırlıq işlərinə başlanılıb, əslində son mərhələdədir. Rustveli istisna olmaqla, bütün mərkəzi prospektlərdə yeni il işıqları quraşdırılıb.

Rustaveli prospektinə gəlincə, işıqlandırma ilə bəzək işlərinə bir qədər sonra başlanacaq. Ölkəmizin əhalisinin nəzərinə çatdırmaq istərdim ki, paytaxtın əsas yolkasının şənbə günü, dekabrın 14-ü işıqlandırılacaq və bütün şəhərdə növbəli şəkildə bayram işıqları yandırılacaq”, – Kaladze bildirib.

Bundan əlavə, Kaladzenin sözlərinə görə, ölkədə mütləq sülh və inkişaf olacaq və Avropaya inteqrasiya yolunda bütün addımlar atılacaq.

“Sizə demək istəyirəm ki, Tbilisi bundan sonra da insanların, uşaqlarımızın xoşbəxtlik və sevinc hissləri yaşayacağı ən sehrli, gözəl və bəzədilmiş şəhər olaraq qalacaq. Təbii ki, uşaqlar əsl bayram görüb əylənəcək, bunun üçün hər cür şərait yaradılacaq. Təəssüf ki, son bir neçə gündə həm ölkə daxilində, həm də xaricdə müəyyən qüvvələr var ki, onlar ölkədə iğtişaşlar yaratmağa çalışırlar. Bununla belə, mən sizə, ölkəmizin vətəndaşlarına müraciət edərək demək istəyirəm ki, mütləq sülh, inkişaf olacaq və ölkəmizin Avropaya inteqrasiyası yolunda bütün addımlar atılacaqdır. Beləliklə, gəlin birlikdə paytaxtın əsas yolkasını işıqlandıraq və Vətənimizin qələbələri haqqında düşünək. 14 dekabr şənbə günü saat 19:00-da hamınızı gözləyirik. Uşaqlarınız, nəvələrinizlə gələ bilərsiniz, ən əsası isə mütləq isti geyinin”, – Kaladze qeyd edib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Parlament Mədəniyyət və İdman Nazirliyinin bölünməsini dəstəkləyib
Öncəki yazı
13 dekabra olan valyuta məzənnəsi açıqlandı