Paytaxtda mənzil neçəyədir?

77

Ölkəmizin Milli Statistika Xidməti paytaxt Tbilisinin ilkin mənzil bazarı ilə bağlı hesabat yayıb. Rəsmi bilgidə qeyd olunur ki, aprel-iyun-iyul aylarında yeni mənzillər 2024-cü ilin ikinci rübü ilə müqayisədə 5,4 faiz bahalaşıb. Çoxmərtəbəli binalarda mənzillərin qiymətinin 10,9 faiz, şəxsi evlərin qiymətinin 13,5 faiz yüksəldiyi vurğulanır.

Hesabata əsasən, 2020-ci ilin orta göstəricisinə nəzərən paytaxtda mənzillər 56,1 faiz dəyər artırıb.

Ən bahalı mənzilin kvadratmetrinin yeni binalarda 6624 lariyə, şəxsi evlərdə 4462 lariyə təklif olunduğu xəbər verilir.

Kateqoriya: Cəmiyyət, Region
Sonrakı yazı
Türkiyədə meşə yanğınları davam edir
Öncəki yazı
Bu Avropa ölkəsi NATO-ya üzvlük məsələsini müzakirəyə çıxarır