This is a specific ad

Paytaxtda etiraz aksiyası keçirilir – hərəkət məhdudlaşdırılıb

238

Another advertisement

26 Oktyabr Parlament seçkilərinin nəticələrini tanımayan “Get” hərəkatının təşkilatçılığı ilə Tbilisidə növbəti etiraz aksiyası baş tutur.

QafqazTürk Media xəbər verir ki, saat 18:00-da Azadlıq Meydanında toplaşan hissə bölünüb və yürüşlə davam edib.

Hazırda insan çoxluğu səbəbi ilə bir sıra küçələrdə nəqliyyatın hərəkəti iflic olub. Əraziyə çox sayda hüquq-mühafizə orqankarının əməkdaşları cəlb olunub.

Buraya toplaşan vətəndaşlar ölkədə təkrar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Etirazçıların fikrincə, hakimiyyət gürcü xalqından “seçkiləri oğurlayıb və xalqın səslərini saxtalaşdırıb”.

Aksiya iştirakçıları Gürcüstan və Avropa İttifaqının bayraqlarını daşıyaraq “Yaşasın Gürcüstan” şüarları səsləndirirlər.

Sonrakı yazı
Torpaq sahələrinin ödənişsiz dövlət qeydiyyatına alınması prosesi bu vaxta qədər davam edəcək
Öncəki yazı
Mərkəzi Seçki Komissiyasından seçkilərlə bağlı protokolların ləğv edilməsi tələbinə cavab