This is a specific ad

Paytaxtda avtomobillərdən çıxan zərərli qazlara nəzarət edən və cərimələr tətbiq edən videokameralar quraşdırılacaq

362

Another advertisement

Tbilisidə işıqforlarda avtomobillərin tullantılarına nəzarət edən və cərimələr tətbiq edən videokameralar quraşdırılacaq.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı “Mənim şəhərim öldürür” hərəkatının təsisçisi Giorgi Caparidze verib.

Mövcud məlumata əsasən, müvafiq dəyişikliklər Tbilisinin atmosfer havasının keyfiyyətinin idarə edilməsinin 2024-2026-cı illər üçün fəaliyyət planında qeyd olunub. Caparidzenin sözlərinə görə, emissiyaya nəzarət baxımından planda qeyd olunur ki, Tbilisinin hər yerində işıqforda 3 kamera quraşdırılacaq. Sözügedən kameralar avtomobil idarə olunan zaman işlənmiş qazlardakı zərərli maddələrin səviyyəsini avtomatik ölçəcək və cərimə yazacaq. Kameraların mobil olacağı və vaxtaşırı öz yerlərini dəyişəcəyi də bildirilir.

Plana əsasən, tikinti tozunun azaldılması istiqamətində də nəzarət gücləndiriləcək, meriyanın müvafiq xidmətinə küçələrin yuyulması üçün lazım olan xüsusi avtomobillər əlavə olunacaq, yaşıllıqlar salınacaq.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
ABŞ -dan Ukraynaya 375 milyon dollar dəyərində hərbi yardım
Öncəki yazı
Yeni qan qrupu kəşf edilib