This is a specific ad

Paytaxt Tbilisidə ənənəvi “Tbilisoba” festivalı keçirilir

276

Another advertisement

Paytaxt Tbilisidə ənənəvi ,, Tbilisoba” festivalı həyata keçirilir.

QafqazTürk Media xəbər verir ki, bu il tədbirlərin həyata keçirilməsi üçün ayrılan məbləğ 3,5 milyon larini təşkil edir.

Tədbirlər 2 gün ərzində Orbeliani Meydanı və onun ətrafında, həmçinin Riki Parkında  keçirilir. Tədbirdə müxtəlif mədəni, idman və uşaq aktivlikləri yerinə yetirilir. Bu da bütün yaşlar üçün nəzərdə tutulub.

Müxtəlif həcmli instalyasiyalar, tematik dekorasiyalar, fotozona, dekorativ stend və piştaxtalar, uşaq sərgi pavilyonları, mədəniyyət, idman və istirahət məkanları, müxtəlif bəzək əşyaları, rekvizitlər, uşaq məkanı üçün mebel yerləşdirilib. Müxtəlif janrlarda konsertlər, elektron canlı şoular, teatrlaşdırılmış tamaşalar və həyətlərdə söhbətlər baş tutur.

Bu ənənəvi tədbirlərlə yanaşı, bu il aşağıdakı tədbirlər keçirilir. “Şirniyyat Festivalı”, Tbilisi Təamlarının Dadına Bax”, “Tbilisi Rəngarəngliyi ” və “Tbilisi Bazarı”.

Məlum olduğu kimi, Tbilisi meriyası “Tbilisioba” nın qeyd olunmasını demək olar ki, hər il sadələşdirilmiş alışla həyata keçirir. Əsası 1979-cu ildə qoyulmuş olan paytaxtın payız bayramını qeyd etmək üçün bu il ötən illə müqayisədə 400 min lari, 2022-ci ildən isə 500 min lari çox vəsait xərclənir.

Kateqoriya: Cəmiyyət, Maraqlı
Sonrakı yazı
Həsən Nəsrullahın xələfi Haşim Səfiyəddin öldürülübmü?
Öncəki yazı
Ölkədə sosial müavinət alanların sayı artıb